Xəbərlər

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və  iştirakı ilə Nederland Krallığında silsilə tədbirlər keçirilib.

Silsilə tədbirlər çərçivəsində  Amsterdamda Avropa Azərbaycan Konqresının növbəti toplantısı təşkil olunub. 

Toplantıda AAK idarə heyətinin prezidenti Sahil Qasımov, vitse-prezidentlər Rövşən Tağıyev, Yaşar Niftəliyev,  Nadir Hollenbrand, Səfər Sadiqi, AAK baş katibi Arzu Oqtay,  AAK idarə heyətinin üzvü, BAK prezidenti Elsevər Məmmədov, Niderland Koordinasiya Şurasının əlaqələndiricisi Mayisə Ağamirzəyeva, Leyla Babayeva və Nərminə Mərdanova iştirak ediblər.

AAK prezidenti  Sahil Qasımov toplantını açaraq gündəlikdə duran məsələlər haqqında məlumat verib.

Toplantıda gündəlikdə duran məsələlərin müzakirəsindən sonra AAK-ın yeni internet səhifəsinin təqdimatı olub. 

Tədbir zamanı 2 təşkilatın AAK-a üzv olması barədə müraciətlərinə baxılıb. 

 

← daha yeni →