MƏN HƏMİŞƏ FƏXR ETMİŞƏM, BU GÜN DƏ FƏXR EDİRƏM Kİ, MƏN AZƏRBAYCANLIYAM!

Avropa Azərbaycanlıları Konqresi

Təsis konfransı
2004-cü ilin aprel ayının 17-də Berlin şəhərində Avropa Azərbaycanlıları Konqresinin təsis konfransı keçirilmişdir. Konfransda Rusiya Federasiyası, Ukrayna, Belarus, İsveç, İsveçrə, Norveç, Danimarka, Fransa, Hollandiya, Avstriya, Çexiya, Bolqarıstan, Rumıniya, Macarıstan, Belçika, Finlandiya, PolşaEstoniya və Almaniyadakı Azərbaycan icmalarının nümayəndələri,Türkiyə Böyük Millət Məclisinin,Almaniya Bundestaqının üzvləri,eyni zamanda Azərbaycan Respublikasının nümayəndə heyəti –Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov,Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov,ölkəmizin Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Hüseynağa Sadıqov iştirak etmişlər
.Konfransda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tədbir iştirakçılarına təbrik məktubu oxunmuşdur. Təsis konfransında Avropa Azərbaycanlıları Konqresinin Nizamnaməsi qəbul edilmiş və qurumun rəhbər orqanları seçilmişdir. Kifayət qədər səmərəli müzakirələr şəraitində keçmiş təsis konfransının sonunda 50-dən artıq icma və birliklərin iştirakı ilə rəsmi razılıq protokolu imzalanmış və tədbir iştirakçılarının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciəti qəbul olunmuşdur.

Avropa Azərbaycanlıları Konqresinin II Qurultayı
2007-ci ilin mart ayının 10-da Bakıda Avropa Azərbaycanlıları Konqresinin II qurultayı keçirilmişdir.Qurultayın işində Avropanın 30-dan çox ölkəsində fəaliyyət göstərən 84 Azərbaycan diaspor təşkilatından 139 nümayəndə iştirak etmişdir. Qurultayda Azərbaycan icmalarının türk diasporu ilə əməkdaşlıq imkanları və digər məsələlər də diqqət mərkəzində olmuşdur.Qurultayın Qətnaməsinə uyğun olaraq 2007-ci ilin may ayında Avropa Azərbaycanlıları Konqresinin 2007-2009-cu illəri əhatə edən fəaliyyət proqramı hazırlanmış və 2007-ci ilin iyul ayında İcraiyyə Komitəsinin Berlində keçirilən iclasında təsdiq edilmişdir. Toplantıda təsis qurultayından keçən dövr ərzində təşkilatın fəaliyyətinə həsr olunmuş hesabat məruzəsi dinlənilmişdir.Tədbirdə AAK-ın Avropadakı diaspor fəaliyyətinin genişləndirilməsi,buradakı soydaşlarımızın ideya-siyasi birliyinin daha da gücləndirilməsi,qitədəki Azərbaycan dərnəklərinin,icmalarının,federasiyalarının və başqa diaspor təşkilatlarının fəaliyyətinin koordinasiya imkanlarının artırılması məsələləri geniş müzakirə olunmuşdur.Bundan başqa,Ermənistan-Azərbaycan,Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda dövlətimizin ədalətli mövqeyinin Avropanın aparıcı ölkələrində dəstəklənməsi və bu sahədə ciddi addımların atılması ilə bağlı da təkliflər səsləndirilmişdir.

Avropa Azərbaycanlıları Konqresinin III Qurultayı
2009-cu ilin aprel ayında Avropa Azərbaycanlıları Konqresinin III qurultayı keçirilmişdir.Qurultaya Avropanın 25 ölkəsindən nümayəndə və qonaqlar iştirak etmişdir.Tədbirdə AAK-ın II qurultayından keçən dövr ərzində görülmüş işlərlə bağlı sədrin hesabat məruzəsi dinlənilmiş,təşkilatın bundan sonrakı fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılmış,müxtəlif ideya və təkliflər irəli sürülmüşdür.Toplantıda Avropadakı Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinin səmərəliliyinin artırılması,icmaların fəaliyyətinin koordinasiya edilməsi,Azərbaycan həqiqətlərinin Avropa ictimaiyyətinə çatdırılması,soydaşlarımızın hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı qərarlar qəbul edilmişdir.Qurultayda AAK-ın gənclər qolunun gücləndirilməsi,konqresdə təmsil olunan təşkilatların ətrafındakı gənclərin potensialından,imkanlarından səmərəli istifadə məqsədilə təşkilat komitəsi yaradılması təklif olunmuşdur.Qurultay bu işin təşkilini və qısa müddətdə gənclərin forumunun keçirilməsini Norveç-Azərbaycan Gənclər Təşkilatının sədri Ramin Əliyevə həvalə etmişdir. Qətnaməyə uyğun olaraq AAK-ın strukturunda da dəyişiklik edilmişdir. Avropa Azərbaycanlıları Konqresinin fəaliyyətinin operativliyini,qəbul ediləcək qərarların icrasını təmin etmək məqsədilə edilən dəyişikliklərə görə,iki birinci vitse-prezident və beş vitse-prezident vəzifələri təsis edilmişdir.Sonra İcraiyyə Komitəsinin 27 nəfərdən ibarət yeni tərkibi seçilmişdir. Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının İdarə Heyəti sədrinin müavini,Mayns-Azərbaycan Cəmiyyətinin sədri,əvvəlki tərkibdə AAK-ın I vitse-prezidenti olan Başar Kömür qurultayda AAK-ın prezidenti seçilmişdir

Avropa Azərbaycanlıları Konqresinin IV qurultayı
29 aprel 2012-ci il tarixində Almaniyanın paytaxtı Berlin şəhərində Avropa Azərbaycanlıları Konqresinin (AAK) IV qurultayı keçirilmişdir.Qurultayda Avropa Azərbaycanlıarı Konqresinə üzv təşkilatların rəhbərlərinin,Azərbaycan Respublikasının dövlət və hökümət nümayəndələrinin,millət vəkillərinin,xarici ölkə deputatlarının,AAK-a üzv olmayan Azərbaycan cəmiyyət və birliklərinin,həmçinin digər xalqların diaspor təşkilatlarının təmsilçiləri iştirak etmişdir. Qurultayda AAK prezidenti Başar Kömürün ötən qurultaydan keçən müddət ərzində görülmüş işlərə dair hesabat-məruzəsi dinlənilmişdir.Daha sonra digər qurultay nümayəndələri və qonaqlar çıxış edərək AAK-ın ötən dövrdəki fəaliyyətinə,təşkilatın qarşısında dayanan vəzifələrin icrasına qiymət vermişlər. Qurultay çərçivəsində Avropada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları arasında əməkdaşlığın inkişafı sahəsində qarşıda duran vəzifələr,xalqımızın tarixi və müasir həyatı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının yeni metod və texnologiyaları barədə müzakirələrin aparılması,AAK-ın yeni üzv-təşkilatların qəbulu da baş tutmuşdur. Toplantıda Gücümüz birliyimizdədir sənədli filmi nümayiş etdirilərək,toplantı çərçivəsində Dünya azərbaycanlılarının III qurultayının yekunlarına həsr olunmuş kitabın təqdimatı keçirilmişdir. Qurultayda Avropa Azərbaycanlıları Konqresinin rəhbər orqanları seçilmiş,həmçinin bir sıra sənədlər,o cümlədən Avropa Azərbaycanlıları Konqresinin IV qurultayının Qətnaməsi qəbul edilmişdir.AAK-ın IV qurultayında Avropa Azərbaycanlıları Konqresi Fəxri Prezidentlərinin Məşvərət Şurası yaradılmışdır.

Avropa Azərbaycanlıları Konqresinin V qurultayı
27 fevral 2017ci il tarixində Niderland Krallığının Amsterdam şəhərində Avropa Azərbaycanlıları Konqresinin (AAK) V Qurultayı keçirilib. Qurultayda Avropanın 27 ölkəsindən 91 nümayəndə qatılıb. Qurultayda Azərbaycan Respublikası prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi  Əli Həsənov və  Diasporla İş üzrə Dövlət Komitəsinin Nazim İbrahimov da iştirak edib. Azərbaycan Respublikası prezidenti İlham Əliyevin Avropa Azərbaycanlıları Konqresinin V Qurultayının iştirakçılarına müraciətini oxunuduqdan sonra Azərbaycan Respublikası prezidentinin 28 dekabr 2016-cı il tarixli Sərəncamı ilə yüksək dövlət təltiflərinə və fəxri adlara layiq görülmüş AAK üzvlərinə mükafatlar təqdim olunub.
Qurultayın işçi orqanlarının tərkibi seçildikdən sonra qurultayın qətnaməsi müzakirə və təsdiq edilib, AAK-a yeni üzvlər qəbul olunub. AAK-ın rəhbər orqanlarına seçkilər keçirilib, İcraiyyə Komitəsinin yeni tərkibi təsdiq olunub. Benilüks Azərbaycanlıları Konqresinin sədri Sahil Qasımov Avropa Azərbaycanlıları Konqresinin prezidenti seçilib . Toplatının yekununda Avropa Azərbaycanlıları Konqresi V Qurultayı iştirakçılarının Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə müraciəti qəbul olunub.

Avropa Azərbaycanlıları Konqresinin növbədənkənar VI qurultayı
27 fevral 2018 il tarixində Niderland Krallığının paytaxtı Amsterdam şəhərində Avropa Azərbaycanlıları Konqresinin (AAK) növbədənkənarVI qurultayı keçirilib. Qurultayın işində Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri Fuad İsgəndərov, Niderlanddakı müvəqqəti işlər vəkili Cəlal Mirzəyev, Avropa ölkələrindəki diaspor nümayəndələri, ölkəmizin bir sıra aparıcı media qurumlarının rəhbərləri və digər qonaqlar iştirak ediblər.
Qurultay Avropa Azərbaycanlıları Konqresinin İcraiyyə Komitəsinin hesabatını və Mandat Komissiyasının məlumatını dinləyib.
zərbaycan Prezidenti İlham Əliyevin 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etməsi ilə əlaqədar qurultayda bu il Cümhuriyyətin yaranmasının 100 illik yubileyi və azərbaycanlıların soyqırımının 100-cü ildönümü ilə bağlı Konqres tərəfindən nəzərdə tutulan tədbirlər proqramı müzakirə olunub.
Azərbaycan diasporunun işində medianın roluna həsr edilmiş ayrıca panel keçirilib.
Qurultay Konqresin Nizamnaməsində dəyişiklikləri təsdiq edib və Bəyannamə qəbul edib. İştirakçılar Ermənistandakı Metsamor AES-in təhlükəli fəaliyyəti barədə dünya ictimaiyyətinə qətnamə ilə müraciət ediblər.

Benilüks Azərbaycanlıları Konqresinin  fəxri prezidenti, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvü Sahil Qasımov Avropa Azərbaycanlıları Konqresinin prezidenti seçilib. 
Konqresin rəhbər orqanının yeni heyəti təsdiq edilib.
Azərbaycan diasporunun fəaliyyətinə verdiyi böyük töhfəyə görə bir sıra fəal iştirakçıya medallar və fəxri fərmanlar təqdim edilib.