MƏN HƏMİŞƏ FƏXR ETMİŞƏM, BU GÜN DƏ FƏXR EDİRƏM Kİ, MƏN AZƏRBAYCANLIYAM!

Struktur

Avropa Azərbaycanları Konqresi qeyri-hökumət, qeyri-kommersiya təşkilatıdır.AAK-ın fəaliyyətinin əsas prioritetləri Avropa regionda həmvətənlərimiz arasında milli-mənəvi dəyərlərimizin təbliği, ölkəmizin milli maraqlarının təmin olunması, Azərbaycan həqiqətlərinin yerli ictimaiyyətin diqqətinə çatdırılmasını təşkil etmək, Avropa ölkələrində yaşayan azərbaycanlıların təşkilatlanması işini təkmilləşdirmək, Azərbaycan icmalarının fəaliyyətini daha səmərəli şəkildə koordinasiya etmək, coxşaxəli fəaliyyəti ilə Avropa ölkələri ərazisində Azərbaycan diasporunun formalaşmasına xidmət etməkdən və  üzv təşkilatlar arasında informasiya mübadiləsinin aparılmasından  ibarətdir. Həmçinin, Azərbaycanın dünyanın müxtəlif ölkələrindəki diaspor təşkilatlarının fəaliyyətinin səmərəliliyinin artırılması və icmaların fəaliyyətinin koordinasiya olunması, bununla yanaşı, digər xalqların diaspor təşkilatları ilə əməkdaşlığın genişləndirilməsi və bu istiqamətdə daha genişmiqyaslı tədbirlərin görülməsinə töhfə verir. 

 Prezident

 AAK Prezidenti Konqresin fəaliyyətinə ümumi rəhbərliyi həyata keçirir və təşkilatı müxtəlif səviyyələrdə  təmsil edir. Konqresin adından bütün sənədlərə imza atır. AAK-ın Prezidenti Mərkəzi Şura tərəfindən sadə səs çoxluğu ilə  açıq səsvermə yolu ilə 3 il müddətinə seçilir. Prezident AAK-ın Mərkəzi Şurasının və İdarə Heyətinin iclaslarına sədrlik edir.Prezident  Avropa Azərbaycanlıları Konqresinin fəaliyyətinin operativliyini təmin etmək, Konqresin  cari işlərinin icrasını və üzv cəmiyyətlər arasında koordinasiyanı təmin etmək məqsədi ilə Əlaqələndirici Katibliyin formalaşdırılmasını təmin edir.AAK-ın növbədənkənar Qurultayının çağırılması barədə təşəbbüslə çıxış edir.AAK-ın maliyyə-təsərrüfat fəaliyyətinə rəhbərlik edir.AAK-ın məqsəd və vəzifələrinin həyata keçirilməsini təmin etmək məqsədilə Nizamnamədə nəzərdə tutulmuş digər  məsələləri həll edir.

AAK-ın Vitse-Prezidentləri

AAK-ın Vitse-Prezidentləri Mərkəzi Şurada açıq səsvermə yolu ilə 3 il müddətinə seçilirlər. Vitse-Prezidentlər Konqresin fəaliyyəti ilə bağlı Prezident tərəfindən müəyyən edilmiş sahəyə  rəhbərlik edirlər. Prezident olmadığı hallarda Vitse-Prezidentlərdən biri Prezidentin göstərişinə  əsasən onun  funksiyalarını müvəqqəti  icra edir.

İdarə Heyəti

İdarə Heyəti AAK-ın daimi fəaliyyət göstərən rəhbər orqanıdır. İdarə Heyətinin üzvləri Mərkəzi Şuranın tərkibindən seçilir. İdarə Heyətinin say tərkibini Mərkəzi Şura  müəyyən edir. İdarə Heyətinə AAK-ın Prezidenti rəhbərlik edir.İdarə Heyəti növbəti seçkilərə qədər səlahiyyətlərini icra edir. İdarə Heyətinin üzvləri ictimai əsaslarla işləyirlər. darə Heyəti AAK-ın fəaliyyətini daha operativ şəkildə koordinasiya etmək məqsədilə  Avropanın müxtəlif regionlarında rübdə 1 (bir) dəfədən az olmayaraq öz toplantısını keçirir.

Mərkəzi Şura

Mərkəzi Şuraa İdarə Heyətinin illik hesabatını dinləyir və qərarlar çıxarılır. Mərkəzi Şuranın tərkibindən İdarə Heyətinin üzvlərini seçir. Qurultaylararası müddətdə müxtəlif səbəblərdən İdarə Heyətini tərk etmiş  üzvlərin yerinə yeni üzvlər qəbul edir və ya üzvlüklərinə vaxtından əvvəl xitam verir. Mərkəzi Şuranın üzvlərindən Konqresin Prezidentini, birinci vitse-prezidentini və beş vitse-Prezidentini seçir. 

Təftiş Komissiyası
 AAK-ın strateji istiqamətlərinin həyata keçirilməsinə dəstək vermək məqsədilə Məşvərət Şurası yaradılır. Məşvərət Şurasının üzvləri AAK-ın Fəxri Prezidentlərindən formalaşdırılır.
 AAK-ın Nizamnaməsini qəbul edən,  AAK-ın fəaliyyətinə dəstək verən ictimai-siyasi xadimlər İdarə Heyətinin  razılığı ilə Məşvərət Şurasına üzv ola bilərlər. Məşvərət Şurasının üzvləri müntəzəm olaraq AAK-ın fəaliyyəti barədə məlumatlandırılırlar.
 Məşvərət Şurası məşvərətçi funksiyaya malikdir: Məşvərət Şurasının üzvləri İdarə Heyəti və Mərkəzi Şura tərəfindən onlara həvalə edilən məsələlərlə bağlı tövsiyələr hazırlayır, danışıqlar aparırlar.
 
Əlaqəlandirmə Katibliyi
 Katibliyə Baş Katib rəhbərlik edir. Baş katib Konqresin Prezidenti tərəfindən təyin olunur. 
 Baş Katib:
Katibliyin işinə rəhbərlik edir; 
Qurultayın Qətnaməsinin,  Mərkəzi Şuranın, İdarə Heyətinin qərarlarının və  Prezidentin göstərişlərinin həyata keçirilməsini təmin edir; 
Katibliyin cari işlərini icra edir, AAK-a üzv cəmiyyətlərlə koordinasiya işini  təmin edir.
Prezidentin göstərişinə əsasən Hüquqi və fiziki şəxslərlə danışıqlar aparır, müqavilə və razılaşmaları tərtib edir;
İdarə Heyətinin və  Mərkəzi Şuranın iclaslarında iştirak etmək hüququna malikdir; Qurultayın, Mərkəzi Şuranın, İdarə Heyətinin səlahiyyətlərinə aid olmayan digər məsələləri həll edir.
 
Məşvərət Şurası
AAK-ın strateji istiqamətlərinin həyata keçirilməsinə dəstək vermək məqsədilə Məşvərət Şurası yaradılır. Məşvərət Şurasının üzvləri AAK-ın Fəxri Prezidentlərindən formalaşdırılır.
AAK-ın Nizamnaməsini qəbul edən,  AAK-ın fəaliyyətinə dəstək verən ictimai-siyasi xadimlər İdarə Heyətinin  razılığı ilə Məşvərət Şurasına üzv ola bilərlər. Məşvərət Şurasının üzvləri müntəzəm olaraq AAK-ın fəaliyyəti barədə məlumatlandırılırlar.
Məşvərət Şurası məşvərətçi funksiyaya malikdir: Məşvərət Şurasının üzvləri İdarə Heyəti və Mərkəzi Şura tərəfindən