MƏN HƏMİŞƏ FƏXR ETMİŞƏM, BU GÜN DƏ FƏXR EDİRƏM Kİ, MƏN AZƏRBAYCANLIYAM!


Avropada keçirilən silsilə tədbirlər çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov və Avropa Azərbaycanlıları Konqresinin (AAK) İdarə Heyətinin üzvləri Niderlandın Oistervijk şəhərinin meri Hans Janssen ilə şəhər meriyasının binasında görüş keçiriblər.

"Ölkə.Az" xəbər verir ki, görüş zamanı məlumat verilib ki, Oistervijk şəhəri əslən azərbaycanlı olan Niderlandın Milli Qəhrəmanı Məmməd Məmmədovun (Medo) adı ilə bağlıdır. Bu şəhərdə həmyerlimizin adını daşıyan ''Mamed Mamedovpad'' küçəsi açılıb və adının əbədiləşdirilməsi üçün abidə ucaldılıb. 

Komitə sədri Fuad Muradov və AAK üzvləri soydaşımızın adını daşıyan küçəni gəzərək, həmin abidəni ziyarət ediblər. 

Ziyarət zamanı Oistervijk şəhərinin sakinləri ilə də söhbətlər edilib. 

Söhbət zamanı Fuad Muradov Niderlandın Brabant əyalətində II dünya müharibəsi zamanı fəaliyyət göstərmiş milli müqavimət hərəkatının digər azərbaycanlı üzvləri və onların yaxınları ilə bağlı məlumat alaraq, həmin şəxslərin axtarılıb tapılması barədə AAK İdarə Heyəti üzvlərinə tövsiyələrini verib. 

Görüş zamanı Oistervijk şəhəri ilə Azərbaycan şəhərlərindən birinin "qardaşlaşmış şəhər" olması barədə təklif irəli sürülüb. 

Görüşdə Məmməd Məmmədovun hazırda Niderlanda yaşayan qızı Nancy Məmmədova və onun həyat yoldaşı da iştirak edib. Komitə sədri Fuad Muradov onu Azərbaycana dəvət edib.  

Görüşün sonunda Oistervijk şəhərinin meri Hans Janssene və Nancy Məmmədovaya Azərbaycandan aparılan hədiyyələr təqdim olunub. 

Avropa azərbaycanlıları Almaniya ilə bağlı yeni yol xəritəsi hazırlayıblar

Avropa azərbaycanlıları Almaniyada yeni layihələrə start vermək üçün müzakirələr apar

Azərbaycanlıları Konqresinin I vitse-prezidenti Elsevər Məmmədov, Almaniya Vahid Azərbaycan Cəmiyyətinin sədri Elxan Kərimov iştirak ediblər.

Görüşə Köln şəhərində uzun illərdir diaspor fəaliyyəti ilə məşğul olan Ufuk Kəmal da qatılıb. Müzakirələr zamanı Azərbaycan təşkilatlarının Köln şəhərində fəallaşması, intensiv, sağlam mühitin yaradılması üçün qərarlar qəbul edilib. Elxan Kərimov Kölndə silsilə tədbirlərin keçirilməsi, yerli orqanlarla fəal ünsiyyətin qurulması və digər məsələlər barəsində yol xəritəsini açıqlayıb və plan təsdiq olunub.

Görüşün sonunda AAK rəhbərliyi Azərbaycandan Kölnə müalicə məqsədilə gəlmiş beyin xərçəngindən əziyyət çəkən 12 yaşlı Mehparə Xəlilova ilə görüşüb, ona şəfa diləyiblər. 

 

Avropa azərbaycanlıları Finlandiya parlamentində görüş keçirərərk Xocalı ilə bağlı müraciət təqdim ediblər

Avropa Azərbaycanlıları Konqresinin (AAK) təşkilatçılığı ilə qitədə yerləşən azərbaycanlı diaspor təşkilatlarının liderləri Finlandiyanın paytaxtı Helsinkidə tədbirlərə və yerli rəsmilərlə görüşlərə start verib.

AAK-dan “Report”a verilən məlumata görə, bu gün Finlandiya parlamentində Azərbaycanla parlamentlərarası dostluq qrupu ilə keçirilən görüşdə ilk olaraq Xocalı soyqırımına parlament tərəfindən hüquqi qiymətin verilməsi ilə bağlı müraciət təqdim olunub.

Görüşdə dostuq qrupunun rəhbərlərindən deputat Eero Lehtinen, AAK prezidenti Sahil Qasımov, AAK İcraiyyə Komitəsinin üzvləri Finlandiya Azərbaycan Assosiasiyasının həmsədrləri Vasif Muradlı, Arzu Muradlı, Paris Azərbaycan Evinin sədri Mirvari Fətəliyeva, İsveç Azərbaycan diaspor rəhbəri Nadir Hollenbrand, AAK-nin vitse-prezidentləri - Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri, Ukrayna Millətlər Assambleyasının prezidenti Rövşən Tağıyev, Almaniyadan Yaşar Niftəliyev, Danimarka Azərbaycan Cəmiyyətinin sədri Səfər Sadiqi, Finlandiya Azərbaycan-Türk gənclər təşkilatının sədri Ülviyyə Cabbarova, İsveçrə Azərbaycan cəmiyyətinin sədri Arzu Əliyeva, Finlandiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Təranə Nəzərova və digərləri iştirak ediblər.

Müraciətdə Ermənistan silahlıları tərəfindən 26 fevral 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində azərbaycanlılara qarşı törədilən soyqırımı barədə, bir sıra ölkələrin parlamentlərinin bunu soyqrımı kimi tanıması barədə məlumat verilib, bu ay soyqırımıdan 26 il keçməsinə baxmayaraq hələ də səbəbkarların cəzalandırılmaması xatırladılıb.

Görüş zamanı Sahil Qasımov Finlandiya parlamentarilərinə Xocalı soyqırımının törənmə səbəbi, Azərbaycanın işğal olunmuş Dağlıq Qarbağ və ətraf rayonları barədə məlumat verərək bildirib ki, beynəlxaql təşkilatlar ikili standartlara yol verir: "Məsələn Rusiya ilə bağlı aqressiyaya qarşı dərhal sanksiya tətbiq edildiyi halda, 27 ildən çoxdur işğalçı Ermənistan hələ də təzavüzkar kimi tanınmır". E.Lehtinen cavabında bu sual qarşısında cavabsız qaldığını, həqiqətən də bir söz tapa bilmədiyini deyib.

Rövşən Tağıyev isə çıxış edərək keçmiş SSRİ ölkələrindən tarixi vətəni Azərbaycan, o cümlədən Ukrayna, Moldova və Gürcüstanın separatizmdən illərdir əziyyət çəkdiyini xatırladarq Finlandiyanı bu məsələdə mövqe bildirməyə çağırıb.

Görüşün sonunda S. Qasımov AAK-nın Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə Avropa ölkələrində yerli təşkilatlar və yerli rəsmi şəxslərlə görüşlərə start verildiyini bildirərək qeyd edib ki, Avropada yaşayan azərbaycanlılar artıq son bir ildə qitənin ictimai-siyasi həyatında yeni və daha fəal layihələrə start veriblər.

 

 

 

 

 

 

 Avropa Azərbaycanlıları Konqresinin nümayəndələri Bilgəhdəki Qocalar evinin sakinlərini ziyarət ediblər

Avropa Azərbaycanlıları Konqresinin (AAK) nümayəndələri Novruz bayramı münasibətilə Bakının Bilgəh qəsəbəsində yerləşən Qocalar evini ziyarət ediblər.

AAK-dan AZƏRTAC-a bildirilib ki, təşkilatın Bakıya ezam olunmuş nümayəndələri - Təftiş Komissiyasının sədri, Finlandiya Azərbaycanlıları Assosiasiyasının (FAA) prezidenti Vasif Muradlı və AAK-ın İdarə Heyətinin üzvü, FAA-nın vitse-prezidenti Arzu Oqtay ahıllarla görüşüb, onlara bayram hədiyyələri təqdim ediblər. Görüşdə dövlətin ahıl insanlara qayğısı, onların sosial təminatının daha da yaxşılaşdırılması istiqamətində atılan addımlardan danışılıb. Qeyd olunub ki, bununla bağlı Heydər Əliyev Fondu tərəfindən də çoxsaylı sosial layihələr həyata keçirilir.

 

 

 Avropa Azərbaycanlıları Konqresinin (AAK) prezidenti Sahil Qasımov Moldovada bir sıra görüşlərdə iştirak edib.

Avropa Azərbaycanlıları Konqresinin (AAK) prezidenti Sahil Qasımov Moldovada bir sıra görüşlərdə iştirak edir.

Bu çərçivədə AAK prezidenti Sahil Qasımov və AAK İdarə heyətinin üzvü, Moldova Azərbaycanlıları Konqresinin sədri Vüqar Novruzov Kişinyovda Moldova Millətlərarası münasibətlər üzrə Büronun rəhbəri Oleq Babenko ilə görüşüb. 

AAK-dan "Report"a verilən məlumata görə görüşdə ölkədəki millətlərarası münasibətlər müzakirə olunub.

O. Babenko Moldovada yaşayan azərbaycanlıların fəaliyyəti, etnik siyasətdə rolu barədə məlumat verib. O bildirib ki, azərbaycanlılar yüksək fəaliyyətləri ilə Moldova xalqının ayrılmaz bir hissəsinə çevrilib:

"Ölkədəki azərbaycanlılar hətta Moldovanın dünya ictimaiyyətinə inteqrasiyası olunmasında fəal rol oynayırlar". S. Qasımov Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun O. Babenkoya salamlarını çatdıraraq ona AAK-ın fəaliyyəti barədə ətraflı məlumat verib. AAK İdarə Heyətinin üzvü, MAK sədri Vüqar Novruzovun ölkənin ictimai-iqtisadi həyatında fəaliyyəti dəyərləndirilib. 

Sonda O. Babenko azərbaycanlılara Büronun binasında Holokost və millətlərarası tolerantlıq muzeyini nümayiş etdirib, II Dünya Müharibəsində kütləvi qırılan yəhudilər və romlar barədə məlumat verib. S. Qasımov muzeyin xatirə kitabına ürək sözlərini yazıb. Görüşdə Moldova-Azərbaycan münasibətləri yüksək qiymətləndirilib, bu istiqamətdə yüksək xidməti olan prezident İlham Əliyevə 11 aprel növbəti prezident seçkilərində uğurlar arzu edilib.

 

Moldovoda AAK ilə birgə lobbiçilik planları müzakirə olunub

 Azərbaycanın Moldovadakı diplomatik nümayəndəliyində səfir Qüdsi Osmanov Kişinyovda səfərdə olan Avropa Azərbaycanlıları Konqresinin (AAK) prezidenti Sahil Qasımovla görüşüb.

“Report” xəbər verir ki, görüşdə AAK İdarə heyətinin üzvü, Moldova Azərbaycanlıları Konqresinin sədri Vüqar Novruzov iştirak edib.

Görüşdə Sahil Qasımov səfir Qüdsi Osmanova AAK-ın fəaliyyəti, son aylar həyata keçirdiyi layihələr, o cümlədən lobbiçiliklə bağlı qarşıdaduran planlar barədə məlumat verib. S. Qasımov Moldovadakı Azərbaycan diplomatiyasının və diasporunun bu sahədə təcrübəsini nəzərə alaraq bu kimi layihələrdə birgə iştirak arzusunu bildirib. S. Qasımovu yenidən AAK-a prezident seçilməsi münasibəti ilə təbrik edərək, Qüdsi Osmanov Moldovoda keçirilən tədbirlərdən, görülən işlərdən danışıb.

Q. Osmanov son zamanlar Moldova-Azərbaycan əlaqələrinin daha da inkişaf etməsini xatırladaraq bildirib ki, Azərbaycan həqiqətlərinin burada, o cümlədən bütün Avropada geniş təbliğ olunması üçün daha da böyük zəmin yaranıb.

Moldova Azərbaycanlıları Konqresinin sədri Vüqar Novruzov da ölkənin ictimai, iqtisadi və siyasi həyatında azərbaycanlıların rolundan bəhs edərək AAK-ın son aylar daha da fəallaşmasının birgə hərəkat üçün yaxşı platforma olduğunu bildirib. Görüş bölgədə lobbiçiliklə bağlı nəzərdə tutulan birgə layihələrin müzakirəsi ilə davam edib.

 

 

Moldovanın mədəniyyət və təhsil naziri AAK nümayəndələrinə təşəkkür edib

Moldovanın mədəniyyət və təhsil naziri xanım Monika Babuk Kişineuda səfərdə olan Avropa Azərbaycanlıları Konqresinin (AAK) prezidenti Sahil Qasımovu və AAK İdarə Heyətinin üzvü, Moldova Azərbaycanlıları Konqresinin (MAK) sədri Vüqar Novruzovu qəbul edib. 

Avropa Azərbaycanlıları Konqresindən "Report"a verilən məlumata görə, qəbul zamanı Sahil Qasımov AAK-ın fəaliyyətindən, gələcək planlardan və Avropada mədəni müxtəlifliyin inkişafında azərbaycanlıların fəaliyyətindən danışıb.

Nazir Monika Babuk isə azərbaycanlıların Moldovadakı fəaliyyətindən, ölkənin ictimai-siyasi həyatındakı rolundan danışıb. O qeyd edib ki, Azərbaycan və Moldova arasında münasibətlər yüksək səviyyədədir. Nazir son 25 ildə Azərbaycanda gedən bütün sahələr üzrə inkişafı yüksək qiymətləndirib, Azərbaycan xalqına uğurlar arzulayıb. M.Babuk Avropada da azərbaycanlıların və moldovanların dostluğundan danışıb: “Bu yaxınlarda Fransada Moldovanın dövlət tədbiri Paris Azərbaycan Evində keçirildi. Azərbaycan Evi təmənnasız olaraq qapılarını qardaş Moldova xalqına açdı. Xahiş edirəm mənim təşəkkürümü azərbaycanlı dostlara çatdırın". 

Görüş zamanı MAK sədri Vüqar Novruzov da Moldovada Azərbaycan mədəni nümunlərinin getdikcə tanınmasından, azərbaycanlıların bu ölkənin mədəni həyatında fəallığından danışıb.

Daha sonra S.Qasımov və V.Novruzov Kişineuda keçirilən beynəlxalq turizm sərgisində iştirak ediblər və tədbir çərçivəsində Moldova Turizm Agentliyinin baş direktoru Stanislav Rusu ilə görüşüblər. Görüş zamanı ölkələr arasında turizm sahəsində əlaqələr və perspektivlər müzakirə olunub.

 

AAK ATƏT/DTİHB-də görüş keçirib

Polşanın paytaxtı Varşava şəhərində Avropa Azərbaycanlıları Konqresinin (AAK) və Polşada Azərbaycanlı Gənclər Şurasının (PAGŞ) təşkilatçılığı ilə Avropadakı bir sıra diaspor təşkilatlarının ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) ilə görüşü keçirilib. 

 

AAK-dan "Report"a verilən məlumata görə, görüşdə ATƏT/DTİHB-nin İnsan haqları departamentinin rəhbəri Omar Ficher, Demokratikləşmə Departamentinin rəhbəri Marchin Valetski və qurumun seçki üzrə məruzəçisi Radivoje Grujich, AAK prezidenti Sahil Qasımov, PAGŞ sədri Nail Əhməd, AAK vitse-prezidentləri, Alman-Azərbaycan Mədəniyyəti cəmiyyətinin sədri Yaşar Nifətliyev, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev, AAK üzvləri Finlandiya-Azərbaycan Assosiyasiyasının həmsədrləri Vasif Muradlı və Arzu Muradlı, Benelüks Azərbaycanlıları Konqresinin (BAK) sədri Elsevər Məmmədov, İsveçrədə Azərbaycanın Dostları Birliyinin sədri Arzu Əliyeva iştirak ediblər.

S.Qasımov AAK fəaliyyəti barədə məlumat verib. Sonra S.Qasımov ATƏT/DTİHB-nin Azərbaycanda keçirilən 11 aprel prezident seçkiləri ilə bağlı ilkin rəyindən narahat olduqlarını bildirib: “AAK-da 134 Azərbaycan təşkilatı birləşir və onların tam əksəriyyəti Avropa vətəndaşlarıdır. Yəni biz buranın vergi ödəyiciləriyik. Biz iş adamlarının burada ödədiyimiz vergilərlə maliyyələşən bəzi Avropa institutları, təəssüf ki, ədalətli addımlar atmırlar. Bu baxımdan, tarixi vətənimiz ilə bağlı Avropa təşkilatlarının ikili standartlara söykənən rəyi bizi ciddi narahat edir və bununla bağlı yaranan suallarımıza sizdən cavab istəyirik. Biz bura Avropa vətəndaşları olaraq sizinlə qarşılıqlı formada, dost kimi müzakirələrə gəlmişik.

Qurumun Azərbaycandakı seçkilər üzrə məsul məruzəçisi R.Grujiç bildirib ki, seçkidən əvvəl fevral ayından Azərbaycanın dəvəti ilə seçkiqabağı vəziyyəti müşahidə etmək üçün ölkədə olublar: “Deyə bilərəm ki, bəzi bərabərsizliklər olsa da, Azərbaycanda seçki administrasiyası yüksək formada təşkil olunub. Bizim bununla bağlı raportumuz da olub və ictimaiyyət artıq tanışdır. Beynəlxalq müşahidəçilərin seçki qabağı və seçki ərəfəsi müşahidə imkanları da yüksək formada təşkil olunmuşdu”. O qeyd edib ki, hazırda seçkinin yekunu ilə bağlı qurum adından bütün detalları əhatə edən böyük bir sənəd hazırlanır və yaxın zamanda açıqlanacaq”.

S.Qasımov ona cavab olaraq bildirib ki, seçki ilə bağlı onun hazırladığı ilkin raportda ciddi ziddiyyətlər var: “Məsələn, DTİHB Ermənistanda keçirilən seçki ilə bağlı şəfaf rəy vermişdi, amma seçkidən sonra qısa tarix göstərdi ki bu həqiqət deyil. Çünki xalq Serj Sarkisyan rejimini qəbul etmədiyini kütləvi aksiyalar ilə sübut etdi və göstərdilər ki, ermənilər hiyləgərcəsinə onun tərəfindən aldadılıb. Amma Azərbaycanla bağlı tamamilə fərqli rəy veribsiniz”. Məruzəçi Grujiç suala belə cavab verib ki, o, Ermənistandakı seçkilərlə bağlı iradlara cavab verə bilməz, yalnız Azərbaycanı müşahidə edib: “Amma onu deyə bilərəm ki, biz seçkilərin nəticələrini yox, onun keçirilmə mühitini müşahidə edirik. Bütün hallarda isə biz ölkələri heç vaxt müqayisə etmirik”. S.Qasımovun təkrar bu barədə sualına isə Grujiç dolayısı ilə cavab verməkdən yayınıb.

Marçin Valetski isə bildirib ki, təmsil etdiyi qurum Azərbaycanda gedən inkişafı inkar etmir, edə də bilməz: “Biz, sadəcə, çox istəyərdik ki, Azərbaycan bizim əhatə etdiyimiz sahələr ilə bağlı tədbirlərimizdə iştirak etsin, daha çox qarşılıqlı əməkdaşlıq edək. Bu, Azərbaycanın inkişafına dəstək ola bilər. Eyni zamanda Avropa Azərbaycanlıları Konqresi qitədə bizim üçün əməkdaşlıq edə biləcəyimiz kifayət qədər sosial bazalı təşkilat ola bilər. Hansı ki, bundan tərəfdaşımız Azərbaycan da faydalanar”. S.Qasımov buna məmnuniyyətlə hazır olduqlarını bildirərək Azərbaycanın 25 ildir Ermənistan tərəfindən işğaldan əziyyət çəkməsini də qitədəki azərbaycanlılar üçün narahatlıq subyekti olduğunu bildirib: “Bu gün Avropanın özü qaçqınlardan əziyyət çəkir. Amma Azərbaycan 25 ildən çoxdur ki, 1 milyondan çox qaçqın və məcburi köçkünü təmin edir. Hansı ki, onlar neçə ildir Ermənistanın onların işğal etdiyi yurdlarından çıxmasını və geri qayıtmalarını tələb edirlər”. S.Qasımov münaqişə nəticəsində Ermənistan tərəfindən törədilən Xocalı soyqırımı və işğalla bağlı faktlardan ibarət nəşr və diskləri qurum rəsmilərinə təqdim edib.

Yaşar Niftəliyev də Dağlıq Qarabağ münaqişəsinin uzanmasının ATƏT üçün ciddi mənfi hal olduğunu və indiyə qədər ciddi addım atılmamasının qurumun nüfuzuna zərərli olduğunu bildirib.

M.Valetski təqdim olunan materialın onlar üçün maraqlı olduğunu bildirərək Azərbaycanla bütün məsələlərdə müzakirələrə hazır olduqlarını bildiriblər.

Rövşən Tağıyev isə çıxış edərək Avropa ölkələrində son 50 ildə təsis olan demokratik təsisatların Azərbaycanda artıq 100 il əvvəl yarandığını xatırladaraq bəzi təşkilatların Azərbaycanı bu məsələdə sərt ittihamlarına etiraz etdiklərini bildirib: “Bu ay mənim vətənimdə şərqdə yaranan ilk demokratik respublikanın 100 illiyi qeyd olunur. Şərqdə, hətta bəzi Avropa ölkələri ilə nisbətdə Azərbaycan qadına ilk səsvermə hüququnu verən ölkə olub. Yəni bizim vətəndə demokratik təsisatlar var. Bunu daha da inkişaf etdirməyin yolu isə Azərbaycana radikal, ikili münasibət sərgiləməkdən keçmir. Avropada yaşayan azərbaycanlılar vətəndaşı olduğumuz ölkələr ilə tarixi vətənimiz arasında ədalətli münasibəti tələb edirlər”.

Arzu Muradlı isə DTİHB Azərbaycanla əməkdaşlığının qurumun tarixi vətənlərini ikili standartları dayandıracaqları halda, məhsuldar olacağını xatırladıb.

Marçin Valetski Azərbaycanda demokratik quruluşun və qadına səs vermə hüququnun verilməsinin 100 ili tamam olmasını tarixi hadisə kimi dəyərləndirərək qadın hüquqları ilə bağlı nəşrlərini hədiyyə olaraq A.Muradlıya təqdim edib.

Ömər Fişer də çıxış edərək DTİHB bürosunun Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu bildirərək AAK-ın bu məsələdə fəal rol oynayacağına ümid edib.

S.Qasımov isə bildirib ki, qurumun seçki ilə bağlı yekun rəyi bəyan olunarkən Avropada yaşayan azərbaycanlıların qeyd olunan narahatlığı nəzərə alınacağına və müsbət rəyin şahidi olacaqlarına ümid etdiklərini bildirib. AAK adından ATƏT/DTİHB-yə narahatlıqlarını ifadə edən bəyanat da təqdim olunub.

Görüş qarşılıqlı müzakirələr ilə davam edib. Avropada Azərbaycan təşkilatları ilə bağlı DTİHB-nin təklifləri səsləndirilib.

 

 

Polşa nazirliyində Avropanın müxtəlif ölkələrindən olan azərbaycanlılarla görüş keçirilib

 Polşanın Sosial Siyasət Nazirliyində Avropa Azərbaycanlıları Konqresi (AAK) və Polşada Azərbaycanlı Gənclər Şurasının (PAGŞ) təşkilatçılığı ilə Avropanın müxtəlif ölkələrindən gələn azərbaycanlılarla görüş keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə AAK, ümumiyyətlə, Avropada azərbaycanlıların fəaliyyəti barədə məlumat verilib. Qeyd olunub ki, son bir ildə AAK-ın rəhbərliyi ilə Avropada, o cümlədən Polşada yaşayan azərbaycanlılar yeni layihələrə start veriblər.

Nazirliyin rəsmisi M.Sveklej deyib ki, son 1 ildə Polşa tərəfindən min Azərbaycan vətəndaşına işçi vizası verilib. Əgər əvvəllər Azərbaycandan Polşaya fiziki işçi qüvvəsi gəlirdisə, artıq son vaxtlar informasiya texnologiyaları mütəxəssislərinin gəlişi üstünlük təşkil edir. Texnoloji sahədə azərbaycanlılar fəaldırlar. O, Polşadan Azərbaycana gedən turistlərin sayının artdığını da bildirib. Qeyd edib ki, buna səbəb Azərbaycanın tətbiq etdiyi elektron viza sistemidir.

Görüşdə Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində 25 ildir davam edən Dağlıq Qarabağ münaqişəsi və bunun nəticəsində bir milyondan çox qaçqın və məcburi köçkün probleminin yaranması haqqında məlumat verilib. M.Sveklejə Xocalı soyqırımından bəhs edən video və çap materialları təqdim olunub.

  

Avropa Azərbaycanlıları Konqresinin təmsilçiləri Avropa Parlamentinin üzvləri ilə görüşüblər

Avropa Azərbaycanlıları Konqresinin (AAK) təmsilçiləri Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar Avropa ölkələrində təşkil edilən tədbirlər çərçivəsində Avropa Parlamentinin üzvləri ilə görüşüblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, bu barədə Avropa Azərbaycanlıları Konqresinin prezidenti Sahil Qasımov məlumat verib.

İlk görüş Avropa Parlamentinin Bolqarıstandan olan deputatı İlhan Kuçukla keçirilib. O bildirib ki, parlament üzvləri ilə görüş böyük əhəmiyyət daşıyır və hər bir dövlətin diaspora təşkilatları Avropa Parlamenti ilə sıx əlaqədə olmalı, ölkələri haqqında çıxarılan qərəzli, haqsız qərarlara görə hesabat tələb etməlidirlər. İ.Kuçuk ölkəmizin Brüsseldəki səfirliyi ilə sıx əməkdaşlıq etdiyini və Azərbaycan ilə əlaqələrin genişləndirilməsinə çalışdığını deyib.

 

 

 

 

Növbəti görüş Avropa Parlamentinin Latviyadan olan üzvü İveta Qriqule ilə keçirilib və hər iki deputatla Avropadakı beynəlxalq təşkilatlarla əməkdaşlıq imkanları müzakirə olunub.

Sonda parlament üzvlərinə ingilis dilinə tərcümə olunmuş “Əli və Nino” kitabı hədiyyə edilib.

AAK-ın prezidenti və idarə heyətinin üzvləri Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğunda fövqəladə və səlahiyyətli səfiri, Azərbaycan Respublikasının Avropa İttifaqı yanında nümayəndəliyinin rəhbəri Fuad İsgəndərovun dəvəti ilə Azərbaycan Demokratik Respublikasının 100 illiyi münasibətilə əlaqədar təşkil edilən rəsmi qəbulda iştirak ediblər.

 

 

 

Avropa Azərbaycanlılar Konqresinin prezidenti İspaniyanın Kataloniya muxtariyyətinin rəsmi şəxsləri ilə görüşüb

 İyulun 16-da Avropa Azərbaycanlılar Konqresinin prezidenti Sahil Qasımov başda olmaqla bu qurumun idarə heyətinin üzvlərindən ibarət nümayəndə heyəti İspaniyanın Kataloniya muxtariyyətinin rəsmləri ilə görüşüb.

Əvvəlcə İspaniya Müdafiə Nazirliyinin Kataloniyadakı nümayəndəsi, polkovnik Luis Qastuera Novella ilə görüş keçirilib. Tərəflər regional separatizm problemi ilə üzləşmiş iki dövlətin oxşar talelərini vurğulayıblar. S.Qasımov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin fərqləndirici xüsusiyyətini qeyd edib və bildirib ki, qonşu dövlət Azərbaycanın suveren ərazisinin bir hissəsini işğal edib. Bu baxımdan, Kataloniya böhranı Madriddəki mərkəzi hökumət ilə separatist Kataloniya arasında tipik dövlətdaxili münaqişədir, Qarabağda isə bir ölkənin (Ermənistanın) digər ölkəyə (Azərbaycana) qarşı aşkar ifadə olunmuş təcavüzü ilə fərqlənən dövlətlərarası münaqişədən söhbət gedir. Təcavüzkar Ermənistan dövləti özünün guya bu münaqişədən uzaq olmasını sübut etməyə və işğal olunmuş regiondakı oyuncaq rejimi münaqişə tərəfinin “oyunçusu” kimi irəli verməyə çalışır. Pireney yarımadasında Kataloniya məhz belə oyunçudur. Buna görə də həmin iki münaqişə arasında paralellərlə bərabər prinsipial fərqlər də mövcuddur. İspaniyanın Kataloniya regionunun hərbi idarəsinin başçısı bu arqument ilə razılaşaraq qeyd edib ki, hər iki halda dövlətin ərazi bütövlüyü toxunulmaz olmalıdır.

Sonra Kataloniya Ali Məhkəməsinin sədri Antonio Rekio Kordova ilə görüş olub. Bu görüşdə də tərəflər beynəlxalq hüquqda ərazi bütövlüyü prinsipinin aliliyi bir daha vurğulayıblar. Kordova başçılıq etdiyi idarənin işi barədə azərbaycanlı qonaqlara məlumat verib və onlar üçün Ali Məhkəmənin tarixi binasına ekskursiya keçirib.

Kataloniya Muxtariyyətinin baş prokuroru Fransisko Baneres Santos ilə görüşdə sesessiyalı münaqişələrin tənzimlənməsində konstitusiyanın və qanunun aliliyi qeyd edilib. Prokuror bildirib ki, yaxın vaxtlarda erməni mafiyasının üzvlərinin tutulub saxlanması üçün əməliyyat keçirilib. Bir gün ərazində Kataloniyanın erməni mənşəli 142 sakini həbs edilib. Ən müxtəlif, o cümlədən ağır cinayətlər törədilməsində ittiham edilən bu sakinlər İspaniya Femidası qarşısında cavab verəcəklər.

Hər üç görüşdə qonaqlar öz müsahiblərinə xatirə hədiyyələri – coğrafi baxımdan Kataloniyadan uzaq, lakin onunla oxşar taleli Azərbaycanın mədəniyyəti barədə Heydər Əliyev Fondunun nəşrlərini təqdim ediblər.