MƏN HƏMİŞƏ FƏXR ETMİŞƏM, BU GÜN DƏ FƏXR EDİRƏM Kİ, MƏN AZƏRBAYCANLIYAM!

Bakı, 1 iyun 2017

Avropa Azərbaycanlıları Konqresinin (AAK) yeni rəhbərliyinin Brüsseldə toplantısı keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, toplantıda AAK prezidenti Sahil Qasımov, Konqresin vitse-prezidentləri – Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev, Rusiyada fəaliyyət göstərən hüquqşünas, iş adamı Samir Məmmədov, Almaniya Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Yaşar Niftəliyev iştirak ediblər. Tədbirə qatıla bilməyən vitse-prezidentlər - Eldar Əfəndiyev, Səfər Sadiqi təkliflərini yazılı olaraq AAK rəhbərliyinə təqdim ediblər.

Toplantının gündəliyində AAK-ın yol xəritəsinin müzakirəsi, qurumun yeni dönəm strategiyasının müəyyənləşdirilməsi və 2017-2019-cu illər üçün fəaliyyət proqramının hazırlanması olub. İclasda AAK-ın baş ofisinin Brüsselə köçürülməsi, təşkilatın sosial şəbəkələrdə fəallığının artırılması, Avropa institutlarında və BMT-nin Avropa ofisində akkreditə olunması kimi məsələlər geniş müzakirə olunub.

AAK-ın Brüssel toplantısında Azərbaycanın Belçika və Lüksemburqda, həmçinin Avropa Birliyindəki səfiri Fuad İsgəndərov, səfirliyin müşaviri Elçin Bəşirov iştirak ediblər. Görüşə Avropada fəaliyyət göstərən media nümayəndələrinin təmsilçiləri də dəvət olunmuşdular.

Xatırladaq ki, bu il fevralın 27-də Niderland Krallığının Amsterdam şəhərində AAK-ın IV qurultayı keçirilib və təşkilata yeni prezident, vitse-prezidentlər seçilib. 2004-cü ildə Berlində təsis edilmiş AAK-da Avropanın 27 ölkəsindən 60-dan artıq diaspor təşkilatı birləşir.

  

  Sahil Qasımov Lüksemburqda bu ölkənin Böyük Lüksemburq Hersoqluğu Parlamentinin vitse-spikeri Louren Mozarla və millət vəkili  Jacque Yves Henckeslə görüşüb

Avropa Azərbaycanlıları Konqresinin (AAK) prezidenti Sahil Qasımov Lüksemburq Böyük Hersoqluğu Parlamentin vitse-spikeri Louren Mozarla və millət vəkili  Jacque Yves Henckeslə görüşüb.

 S.Qasımov Lüksemburq Böyük Hersoqluğu Parlamentinin iş qrafiki və strukturu ilə tanış olub, bu ölkədə yaşayıb fəaliyyət göstərən azərbaycanlıların vəziyyəti, Azərbaycan həqiqətləri barədə müzakirələr aparıb.

 Görüş zamanı S.Qasımov Louren Mozarı və Jacque Yves Henckesi Azərbaycanın bugünkü vəziyyəti, Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ və digər ərazilər barədə məlumatlandırıb.

 

 

 Böyük Lüksemburq Hersoqluğu Xalq Partiyasının funksioneri, keçmiş deputat Jak-lv Henkesin başçılıq etdiyi nümayəndə heyəti Avropa Azərbaycanlıları Konqresinin prezidenti Sahil Qasımovla birlikdə Azərbaycanda səfərdədir.

Azərbaycan-Lüksemburg parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Elmira Axundova APA-ya bildirib ki, qonaqlar bu gün bir sıra görüşlər keçiriblər. O qeyd edib ki, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidovla görüş zamanı Avropa-Azərbaycan münasibətlərinin hazırkı vəziyyəti, son vaxtlar Qərbin bəzi dairələri tərəfindən aparılan kampaniya müzakirə olunub. S. Seyidov bildirib ki, bəzi Avropa siyasətçiləri Azərbaycana qarşı olduqca ədalətsiz mövqe tutublar. Lüksemburqlu siyasətçi isə deyib ki, səfərinin məqsədi də məhz bu məsələ ilə əlaqədar həqiqətləri öyrənib, Avropaya çatdırmaqdır: "Azərbaycana qarşı bu kampaniya ədalətsizdir. Mən məhz buna görə buradayam ki, sizin həqiqətləri dərindən öyrənib, onu Avropada lazımı formada, aktiv şəkildəçatdırım”.

E. Axundovanın sözlərinə görə, J. Henkes öz ölkəsində tanınmış hüquqşünasdır: "Bu ilin əvvəlində Henkesin dəvəti ilə dostluq qrupunun Azərbaycandan olan deputatları Lüksemburqda səfərdə olub, 3 gün ərzində Azərbaycan bayrağı bu ölkənin parlamentində dalğalanıb.

 

Biz buna görə ona minnətdarıq. O, uzun müddət Lüksemburq parlamentinin üzvü olub. Hazırda Benilüks Azərbaycanlıları Konqresinin fəxri vitse-prezidentidir”

Görüş zamanı Avropa Azərbaycanlıları Konqresinin prezidenti Sahil Qasımov Avroda azərbaycanlılarının yerli siyasətçilərlə birgə fəaliyyətindən danışıb, yaxın günlərdə Brüsseldə keçiriləcək Qarabağ forumu barədə məlumat verilib.

 

 

Avropa Azərbaycanlıları Konqresinin nümayəndələri Ali Radada ukraynalı deputatlarla görüşüblər 

Sentyabrın 12-də Ukraynanın paytaxtı Kiyevdə Avropa Azərbaycanlıları Konqresinin toplantısı keçirilir.

AZƏRTAC xəbər verir ki, tədbirdə Avropa Azərbaycanlıları Konqresinin idarə heyətinin üzvləri, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Azərbaycanın Ukraynadakı səfirliyinin nümayəndələri, diasporumuzun fəalları və bir sıra yerli rəsmi dövlət orqanlarının təmsilçiləri iştirak edirlər.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Kiyevdə ucaldılmış abidəsi önünə çiçəklər qoyub, Ulu Öndərin xatirəsinə ehtiramlarını bildiriblər.

Sonra Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) təşəbbüsü ilə Ali Radada Ukrayna parlament təmsilçiləri ilə Avropa Azərbaycanlıları Konqresinin nümayəndələri arasında görüş olub.

Görüşdə Avropanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan və Ukrayna icmaları arasında qarşılıqlı dostluq əlaqələrinin qurulması, hər iki ölkənin Avroatlantik məkana inamlı inteqrasiya siyasətinin yürüdülməsində birgə layihələrin həyata keçirilməsi məsələləri geniş müzakirə olunub.

BUAK və Ukrayna Millətlər Assambleyasının sədri Rövşən Tağıyev çıxış edərək Ukrayna ilə Azərbaycan arasında tarixi dostluq əlaqələrindən söz açıb.

Ukrayna Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Maksim Kuryaçiy və Ukrayna parlamentinin digər üzvləri də çıxış edərək, beynəlxalq arenada strateji müttəfiqlər kimi tanınan ölkələrimizin dünya miqyasında biri-birlərinə dəstək vermələrinin tarixi zəruriyyətini xüsusi vurğulayıblar.

Emil Hüseynli

 

 

Lüksemburq hakim partiyasının rəsmisi: “Qarabağla bağlı həqiqətləri Avropada təbliğ edəcəyik”

Azərbaycanın Lüksemburqda Fəxri Konsulluğunun təsis edilməs istənilib Böyük Lüksemburq Hersoqluğunun hakim Xalq Partiyasının funksioneri, keçmiş deputat Jak-lv Henkesin başçılıq etdiyi nümayəndə heyəti və Avropa Azərbaycanlıları Konqresinin (AAK) prezidenti Sahil Qasımov Azərbaycan Xarici İşlər Nazirliyində (XİN) olub. 

"Report"un məlumatına görə, qonaqları Azərbaycan XİN-in İkinci Avropa idarəsinin rəisi, səfir İlqar Muxtarov qəbul edib. 

Görüşdə iki ölkə arasında münasibətlərdə diplomatik əlaqələrin, o cümlədən parlamentlərarası işçi qrupun fəaliyyətinin genişləndirilməsi müzakirə olunub. 

Jak-lv Henkes bildirib ki, Lüksemburq Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlıdır: "Amma təəssüflər olsun ki, indiyədək əlaqələrimiz razı qalacağımız səviyyədə qurulmayıb. Lüksemburq bir çox sahələr üzrə Avropanın mərkəzi ölkəsidir. Bizim bir çox iqtisadi sahədə əlaqələrimiz var, amma diplomatik və parlamentlərarası əlaqələri də genişləndirmək niyyətindəyik". 

Hakim partiyanın rəsmisi deyib ki, Azərbaycanın işğal olunmuş əraziləri, Ermənistan-Azərbaycan münaqişəsinə dair ona bir sıra həqiqətlər məlum olub: "Bununla bağlı yazılı materiallar əldə etmişik və bundan da Avropada Azərbaycan həqiqətlərinin çatdırılması üçün geniş istifadə edəcək. Dağlıq Qarabağla bağlı Azərbaycan həqiqətlərini Avropada təbliğ edəcəyik". 

Öz növbəsində, İlqar Muxtarov Azərbaycanın da Lüksemburqla əlaqələrin möhkəmləndirilməsində maraqlı olduğunu, bu ölkədə Azərbaycan lobbisinin artırılmasının vacibliyini vurğulayıb. 

AAK prezidenti Sahil Qasımov isə Azərbaycanın Lüksemburqda Fəxri Konsulluğunun təsis edilməsi, fəxri konsulun seçimi məsələsinə baxılmasını təklif edib. İlqar Muxtarov da təklifi rəhbərliyə məruzə edəcəyini söyləyib. 

Görüşdə Azərbaycan-Lüksemburq parlamentlərarası əlaqələr üzrə İşçi Qrupun rəhbəri Elmira Axundova da iştirak edib.